Sifariş şərtləri və məxfilik

Ravio-da hər məhsul yalnız sizin üçün, seçdiyiniz yazı və şriftlə lazer vasitəsilə hazırlanır. Sifariş verməzdən əvvəl bu qaydalarla tanış olun.

Fərdi sifariş

Ravio-da satılan bütün məhsullar sifariş əsasında hazırlanır. Müştəri məhsulun üzərinə yazılacaq mətni (ad, tarix, mesaj) və yazı şriftini saytda özü seçir, istəyərsə şəkil əlavə edir. Seçim təsdiqləndikdən sonra məhsul lazer ilə həmin yazı ilə hazırlanır.

Yazının yoxlanılması

Yazı və şrift müştəri tərəfindən seçildiyi üçün sifarişi göndərməzdən əvvəl hərflərə, rəqəmlərə və tarixə diqqətlə baxın. Hazırlıq başlayandan sonra yazını dəyişmək mümkün olmaya bilər.

Qaytarılma və pulun geri ödənilməsi

Hər məhsul konkret müştəri üçün, onun seçdiyi yazı ilə hazırlandığı üçün başqa müştəriyə satıla bilmir. Buna görə hazır məhsul geri qaytarılmır və pulu geri ödənilmir. Məsələn, üzərində müştərinin seçdiyi ad yazılmış qolbaq sonradan başqasına satıla bilməz.

Bizim səhvimiz olduqda

Əgər səhv bizdən qaynaqlanırsa (yazı sifarişdəki kimi deyil, yazıda hərf səhvi, material nöqsanı), məhsul yenidən hazırlanır və sizə təqdim edilir. Bunun üçün məhsulu aldıqdan sonra WhatsApp-da bizimlə əlaqə saxlayın və problemin şəklini göndərin.

Ödəniş

Məhsullar sifarişlə hazırlandığı üçün sifariş təsdiqlənərkən 50% ilkin ödəniş (beh) alınır. Qalan hissə nağd və ya kart ilə çatdırılma zamanı ödənilir. Sifariş saytdan WhatsApp-a göndərilir, Ravio təsdiqləyəndən sonra hazırlıq başlayır.

Çatdırılma və hədiyyə

Bütün Azərbaycana çatdırılma ödənişsizdir: Bakı və Sumqayıta kuryer, rayonlara poçt və ya Expargo kargo (təxminən 2–3 gün) və metro görüşü. Hazırlıq 1–3 gün çəkir. Hər məhsulla kiçik ətir hədiyyə edilir. Hədiyyə qutusu sifariş etdikdə və ya 3–4 məhsulu eyni anda aldıqda 20–30 ml ətir də hədiyyə olunur.

Məxfilik

Sifariş WhatsApp vasitəsilə qəbul edilir, ona görə adınız, telefonunuz və ünvanınız sifariş mesajında bizə göndərilir. Sifariş qeydində ad, telefon, ünvan və şəkil saxlanılmır. Telefon nömrəsi yalnız bərpa edilə bilməyən şifrələnmiş (hash) formada saxlanılır. Yüklədiyiniz şəkil məhsulun hazırlanması üçün xarici şəkil yükləmə xidmətində saxlanılır. Sayt Google Analytics və Meta Pixel ilə ziyarət statistikasını və reklam nəticələrini ölçür. Suallarınız üçün WhatsApp-da bizə yazın.

Bütün məhsullara bax